ADAM.az


Bu gün sizə ADAM.az saytı haqqında məlumat verəcəm. Təzə yaranan bu sayt Azərbaycanda və onun hüdudlarından kənarda istər müasir dövrümüzdə, istərsə də illər öncə yaşayan tanınmış insanlara, ictimai fəaliyyətlə məşğul olan şəxslərə həsr olunub. Əsas məqsədi Azərbaycan İnternetində operativ, daim yenilənən, dolğun “Kim kimdir” mövzulu elektron tipli açıq məlumat bazasını oxucuların istifadəsinə verməkdir.

Qeyd edim ki, saytın dizaynı çox sadə olsa da, diqqətçəkəndir. Yeni yarandığı üçün bəzi bölmələri hələ boş olsa da, bu ümumilikdə saytın çəkisinə xələl gətirmir. Sayta daxil olaraq orada həm əlifba sırasına, həm də fəaliyyət sahəsinə uyğun olaraq haqqında məlumat yerləşdirilmiş insanları tapmaq olar. Burada idarəetmə, elm, təhsil, səhiyyə, KİV, biznes, özəl, dövlət və qeyri-hökumət strukturlarında çalışmış və hal-hazırda çalışan, eləcə də mədəniyyət və incəsənət, idman, hərb sahəsində ixtisaslaşmı və məşhur olan insanlar haqqında, onların həyat və fəaliyyəti barədə avtobioqrafik məlumatlar əldə etmək mümkündür.

Bundan başqa, saytın şəxsiyyətlər bölümündə müxtəlif sahələrdə tanınmış, dünyasını dəyişmiş böyük şəxsiyyətlər, dövlət və ictimai xadimlər haqqında məlumatlar yerləşdirilib. Saytın məşhur şəcərələr bölümü isə hələlik boşdur. Güman edirəm ki, orada da Azərbaycan tarixində tanınmış ailələrin nəsil və kökü ilə bağlı maraqlı məlumatlar öz əksini tapacaq.

Təbii ki, sayt yeni yaranıb və hələ orda çox adam haqqında məlumat yerləşdirilməyib. Məlumatların yenilənməsi isə günbəgün davam edir. Əgər sizin də həm özünüzün, həm də tanıdığınız, bildiyiniz hansısa məşhur və ya hələ tam məşhur olmamış ictimai fəaliyyətlə məşğul olan, cəmiyyətimizdə önəmli rola malik olan insanlar haqqında ADAM.az saytında məlumat yerləşdirilməsini istəyirsinizsə, onda gecikmədən mail@adam.az və ya ezizelxan@gmail.com ünvanına Əziz bəyə həmin məlumatları göndərin.

Təvazökarlıqdan kənara çıxaraq qeyd edim ki, ADAM.az saytında bəndəniz haqqında da avtobioqrafik məlumat yerləşdirilib.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma