Bir müddət əvvəl ictimai nəqliyyatda rastlaşdığım bir hadisə nəinki avtoş sürücülərin, hətta heç avtoş olmayanların da düzəlmələrinin qeyri-mümkünlüyü qənaətinə gəlməyimə səbəb oldu. Bu problemin həllinin yeganə səbəbi sərnişinlərdir!!!
Deməli belə, dayanacaqdan kənarda saxlayan və yolboyu ağzının danışığını bilməyən 261 nömrəli marşrutun sürücüsünə “Niyə dayanacaqdan kənar saxlayırsız? Harda dayanacaq varsa, orda saxlayın” dedim. Əksər sərnişinlər sanki onları təhqir edirmişəmmiş kimi sürücünün tərəfini tutdular və “yaxşı edir” dedilər!!! Şokdaydım…
Eyni sürücü yolboyu etikadan kənar müxtəlif ifadələr işlədərək, özlüyündə sərnişinlərinin “könlünü oxşadığını” düşünür və hətta ucadan mahnı oxumaqdan belə çəkinmirdi. Sərnişinlərimiz isə, heç deyiləsi deyil… Sürücünün bu hərəkətlərinə etiraz etmək əvəzinə, bəzi sərnişinlər onun hərəkətlərinə qarşılıq verirdilər… Təəssüf ki, bu vəziyyət hər gün davam edir…
261 nömrəli marşrutun həmin sürücüsünü yəqin ki, o marşrutdan davamlı istifadə edən sərnişinlər yaxşı tanıyır.
Düşünürəm ki, bizim insanlarımız mövcud problemlərin həllini özləri beyinlərində həll etməyincə, heç nə düzələn deyil!!! Dəyişikliklər şüurlarda başlayır!!! Həyatınızı dəyişmək istəyirsinizsə, düşüncələrinizi dəyişin!!!
Mayis, o dediyin shuur ki var, qeliz meseledir. Insan ozu onu deyishe bilmir. Muhit mecbur etmelidir. Muhit aile, mehle, mekteb, ish heyati ve en nehayet cemiyyet ola biler. Cemiyyetin bele bir tesiri gostermesi ise ancaq ferdlerin shuurunun deyishmesi ile mumkundur.
Bir universitetin rektoru ile bu gunlerde bu meseni muzakire edende bunu “Ictimai-exlaqi Limbo” adlandirdi. Cox xoshuma geldi.. Beli biz limboda yashayiriq. Aramizdan kimlerse guclenmeli ve hem ozunu, hem de etrafindakilari yavash-yavash, bir-bir bu limbodan cixarmalidir.
Esas sual bundadir ki, bu limbonun icinde “oyananlar” nece guclene biler ve bilermi?
Posted by Ramiz | 15/11/2011, 19:16