//
oxumaq, oxumaq, yenə də oxumaq!
Ümumi

Mənim bu şəhərdə kimim var axı?…

Mənim bu şəhərdə kimim var axı?

Hər qapı döyməyə üzüm gəlməyir

Üzümü taleyə tutub gedirəm

Tale də həmişə üzə gülməyir.

Ayağım altında tanış şəkillər

Önümdə açılan mənzərə bozdur

Çoxdan köhnəlibdir əynimdəkilər

Nə qədər çırpsam da yenə də tozdur.

Gözdən oxuyuram bic tərifləri

Məqsədli sağlıqlar hirsimi boğur.

Kiminsə başlayır həsəd ağrısı,

Mənimçün telefon hədəsi doğur.

Mənim bu şəhərdə kimim var axı…

Taleyin verdiyi paya – paxıllıq

Boyu ki, mən özüm qazanmamışam,

Allahın verdiyi boya – paxıllıq

Mənim bu şəhərdə kimim var, axı…

Köhnə məhəbbətin qız tanışları…

Hər şəhər gördüyüm oyaq bir yuxu,

Salam tanışları, üz tanışları…

Bir də ilhamımın tanış nəfəsi

Onun da küsülü anları çoxdur.

Həftənin beş günlük qazanc qəfəsi,

Bəs edər… nəfsimin gözləri toxdur…

Mənim bu şəhərdə kimim var, axı…

Bu ömrün sonuna gümanım azdır

Səyyah ayaqlarım, fəhlə əllərim

Bir də ki, dünyaya baxdığım gözdür:

Çiçəkləri görür, tikanı görmür.

Üstünə fırlanan sükanı görmür,

Uşaq güldürməyə kökə axtarır,

Əlindən alınan tikəni görmür.

Yaxşılar yolunda çıraq kimidir,

Yamanlar tülkütək pusquda durub

Sevinc də bir şüşə araq kimidir

Onu da vərdişli əyyaşlar vurub…

Sizə güvənirəm yaxşı adamlar,

Sizin adınıza gəlmişəm bura

Qardaştək, oğultək qoruyun məni

Bir insan ömrünü vurum axıra,

Mənim bu şəhərdə kimim var axı…

Nüsrət Kəsəmənli.

müzakirə

Tək Cavab to “Mənim bu şəhərdə kimim var axı?…”

  1. Salam Mayıs.
    Sevdiyim şerlərdən birini yerləşdirdin. Eləcə də qələminə heyran olduğum şairlərdən biridir Nüsrət K. Təşəkkürlər.

    Posted by Şəbnəm | 07/01/2011, 13:41

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

UNUTMAQ OLMAZ!!!

Xankəndi --------- 26 dekabr 1991;
Xocalı ------------- 26 fevral 1992;
Şuşa --------------- 8 may 1992;
Laçın -------------- 17 may 1992;
Xocavənd -------- 2 oktyabr 1992;
Kəlbəcər --------- 2 aprel 1993;
Ağdərə ---------- 7 iyul 1993;
Ağdam ---------- 23 iyul 1993;
Cəbrayıl --------- 23 avqust 1993;
Füzuli ----------- 23 avqust 1993;
Qubadlı --------- 31 avqust 1993;
Zəngilan -------- 29 oktyabr 1993;

SAYĞAC

  • 2,820

SƏHİFƏ REYTİNQİ

Follow

Get every new post delivered to your Inbox.