Düşünürəm ki, ABŞ xüsusi kəşfiyyat idarələrinin bu məsələdə “barmağı” istənilən halda var. Diqqətlə analiz etməyə çalışsaq görərik ki, bu sənədlərin açıqlanmasında bir neçə məqsəd olub. Onlardan bəzilərinə nəzər yetirək:
1. ABŞ-ın əslində o qədər də hegemon olmadığını göstərmək və gözdən salmaq
Bu məqsədi əsas götürsək, sənədlərin ABŞ-ın özü tərəfindən açıqlanması ehtimalı zəifləyir. Belə olan halda hədəf ya Rusiyanın, ya da Mossadın üzərinə yönəlir. İsraillə bağlı sənədlərin hələlik açıqlanmaması hədəfin Mossada yönəlmə ehtimalını artırır. Son vaxtlar Türkiyə ilə İsrail arasında münasibətlərdə yaranmış gərginlik də bunu düşünməyə əsas verir. İsraili Türkiyənin isti münasibətlərdə olduğu ölkələrlə əlaqələrinin pozulmasında maraqlı olan tərəf saymaq olar.
Bu günə qədər ABŞ-la təxminən eyni siyasi mövqe tutan Mossadın belə bir addım atması isə olduqca düşündürücüdür. Belə bir sual ortaya çıxır: bəlkə Mossad öz siyasi istiqamətini dəyişir? Hər halda bu sualın cavabını yaxın vaxtlarda tərəflərin münasibət və açıqlamalarından müəyyən etmək olacaq.
2. ABŞ-ın “zəif” göstərilərək, başqa dövlətlərin (xüsusən Rusiya, Türkiyə, İran) reaksiya və fikirlərini müəyyənləşdirmək
Bu məqsədi əsas götürsək, sənədlərin ABŞ xüsusi xidmət orqanları tərəfindən açıqlanması ehtimalı güclənir. ABŞ xüsusi xidmət orqanları dünyada gedən son siyasi proseslərin fonunda həm müttəfiqlərinin, həm ziddiyyətdə olduğu dövlətlərin mövqe və gələcək üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək məqsədilə belə bir düşünülmüş və məqsədyönlü addım atıb. Bu isə dünyada hegemonluq etmək və bu hegemonluğun davamlı olmasını istəyən hər bir dövlətin əsas prioritetidir.
3. Yeni dünya düzənində önə çıxan siyasi aktor və dövlətlər arasında nifaq salmaq
Bu məqsəd də sənədləri ABŞ xüsusi xidmət orqanlarının sızdırdığı ehtimalını artırır. Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, Azərbaycan-İran, Türkiyə-İran, Türkiyə-Rusiya münasibətlərində gərginlik yaratmaq, bununla da bölgədə nüfuzunu gücləndirmək niyyəti bir daha öz təsdiqini tapır.
4. Wikilieaks sadəcə bir qrup insanın təxəyyülünün nəticəsidir.
Wikilieaks sadəcə bir qrup insanın təxəyyülünün nəticəsidir.
Necə də sadəlöhv və dardüşüncəli fikir! YAPçılar bundan artığını bacarmırlar.
Posted by denilson | 19/03/2011, 23:58