//
oxumaq, oxumaq, yenə də oxumaq!
Yazılarım

Yeni ilə həmrəy olaraq qədəm qoyuruq


2009-cu ilin başa çatmasına bir neçə saat vaxt qalır. Ötən ilə bir nəzər yetirmək və düşüncələrimi yazıda əks etdirmək istədim. Başa çatmaqda olan ili bütövlükdə uğurlu hesab etmək olar. Həm şəxsi, həm də ümumi müstəvidə… Şəxsi müstəvidə ilin ən uğurlu hadisəsi bələdiyyə seçkilərində iştirakım və seçkidən qaliblər sırasında ayrılmağım oldu, desəm yəqin ki, səhv etmərəm. Bu seçkili orqanın növbəti 5 illik fəaliyyətində iştirak etmək hüququ qazanan gənc dostlarımla birgə Azərbaycanda bələdiyyə işinin təkmilləşdirilməsində, bələdiyyələrin fəaliyyətində yenilikçi düşüncələrin tətbiqində pay sahibi olmağın verdiyi haqlı qüruru yaşayırıq. Bu qüruru bizə yaşatdığı üçün gənclərə dəstək olan bütün insanlara təşəkkürümü çatdırır, göstərdikləri etimadların hədər getməyəcəyindən əmin olmalarını istəyirəm.

Bu gün həm də Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Birlik və bərabərliyimizin təcəssümü olan bu günün Azərbaycan tarixində, xalqımızın həyatında yeri və rolu əvəzsizdir. Başa çatmaqda olan ilin son günü və başlayacaq yeni ilin əvvəlinə təsadüf edən bu gün həm də hər bir insanın özünü, bir illik fəaliyyətini hesaba çəkmək və növbəti ildəki planlarını müəyyənləşdirmək baxımından da əhəmiyyətlidir. Xalqımızın hər bir fərdinin təkcə bu gün deyil, ilin hər bir günü həmrəylik barədə düşünməsi və həmrəy olması arzusu ilə bayramınızı təbrik edir, yeni təqvim ilində yeni-yeni uğurlar arzu edirəm.

müzakirə

Tək Cavab to “Yeni ilə həmrəy olaraq qədəm qoyuruq”

  1. Size ve tüm Azerbaycan’a Türkiye’den selamlar ediyorum.
    Türkiye ve Azerbaycan iki Müslüman ülkedir.
    İki dost ve kardeş ülkedir.
    Bu iki güzel ülke daha güzel günler görecek inşallah.

    Posted by videosu izle | 07/01/2010, 00:13

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

UNUTMAQ OLMAZ!!!

Xankəndi --------- 26 dekabr 1991;
Xocalı ------------- 26 fevral 1992;
Şuşa --------------- 8 may 1992;
Laçın -------------- 17 may 1992;
Xocavənd -------- 2 oktyabr 1992;
Kəlbəcər --------- 2 aprel 1993;
Ağdərə ---------- 7 iyul 1993;
Ağdam ---------- 23 iyul 1993;
Cəbrayıl --------- 23 avqust 1993;
Füzuli ----------- 23 avqust 1993;
Qubadlı --------- 31 avqust 1993;
Zəngilan -------- 29 oktyabr 1993;

SAYĞAC

  • 2,953

SƏHİFƏ REYTİNQİ

Follow

Get every new post delivered to your Inbox.