Üçüncü nəsil texnologiya adlandırılan 3G 30 İyul tarixindən etibarən Türkiyədə istifadə ediləcək. Ancaq 3G texnologiyası ilə əlaqədar müxtəlif fikirlər səslənir. Buna görə də əvvəlcə 3G-nin nə olduğunu və istifadəçilərin 3G-dən necə faydalana biləcəyi maraq kəsb edir.
3G nədir?
3G, üçüncü nəsil kabelsiz telefon texnologiyalarına verilən ümumi addır. 3G sistemlərində sürətlər artıq megabitlərlə ifadə edilir və 2Mbps sürətinə çatır. Sürətdəki bu artım xüsusilə internetə daxilolma anlayışına yeni bir ölçü gətirir.
Görüntülü danışıq
3G-nin istifadə edilməyə başlanması ilə istifadəçilər, telefondan görüntülü danışıq apara biləcək. Mobil internet sürətinin 72 qat artması sayəsində fasiləsiz görüntülü ünsiyyəti mümkün edəcək olan 3G ilə artıq yalnız səsli deyil, qarşınızdakı adamı canlı olaraq görərək də söhbət edə biləcəksiniz.
Mobil TV
İnternet sürətinin 3G ilə artması istifadəçilərə 3G texnologiyasını dəstəkləyən cib telefonlarından fasiləsiz TV izləmə imkanı da təqdim edəcək.
Multimedia və əyləncə
Cib telefonlarının 3G texnologiyasını istifadə etməsilə birlikdə, istifadəçilər cib telefonlarını çox daha interaktiv olaraq istifadə edə biləcək. Başqa sözlə, 3G ilə internet vasitəsilə fayl göndərmə çox sürətlənəcəyindən, istifadəçilər öz musiqilərini yoldaşları ilə asanca paylaşa biləcək.
3G ilə itmək mümkün deyil
İnternetə qoşulma sürətinə doping edəcək olan 3G ilə veb saytlarının göstərilmə müddəti daha qısa sürəcəyindən, şəhər xəritələrinin də cib telefonlarında ən sürətli şəkildə göstərilə bilməsi mümkün olacaq.
3G dəstəkli bir cib telefonuna sahibəmmi?
Cib telefonunuzun 3G texnologiyasını dəstəkləyib dəstəkləmədiyini anlamaq üçün, cib telefonunuzun istifadə kitabçasına baxaraq telefonunuzun texniki xüsusiyyətlərində UMTS, WCDMA və ya 3G işarələrindən birinin yazılı olub-olmadığını təyin etməniz lazımdır. Əgər cib telefonunuzun texniki xüsusiyyətlərini bu şəkildə öyrənə bilmirsinizsə, internet vasitəsilə cib telefonunuzun modelini axtararaq 3G dəstəyinə sahib olub-olmadığını asanca öyrənə bilərsiniz.
3G-yə keçmək üçün nə etmək lazımdır?
Türkiyədə yaşayanlar üçün 30 İyul tarixindən etibarən istifadəyə təqdim ediləcək olan 3G texnologiyasına keçmək əslində son dərəcə asan bir əməliyyatdır. Turkcell, Vodafone ya da Avea cib telefonu operatorlarından hər hansı birinə SMS göndərmək ya da çağırış mərkəzinə çatmaq surəti ilə bu texnologiyaya asanca keçə biləcəksiniz.
Görəsən, 3G texnologiyası bizə nə vaxt gələcək?
yəqin ki Narda çıxar birinci…
Posted by BabyFace | 08/08/2009, 11:20