//
əsas səhifə

Ən son yazı

Kimdir günahkar: sürücülər, yoxsa sərnişinlər???

Bir müddət əvvəl ictimai nəqliyyatda rastlaşdığım bir hadisə nəinki avtoş sürücülərin, hətta heç avtoş olmayanların da düzəlmələrinin qeyri-mümkünlüyü qənaətinə gəlməyimə səbəb oldu. Bu problemin həllinin yeganə səbəbi sərnişinlərdir!!!

Deməli belə, dayanacaqdan kənarda saxlayan və yolboyu ağzının danışığını bilməyən 261 nömrəli marşrutun sürücüsünə “Niyə dayanacaqdan kənar saxlayırsız? Harda dayanacaq varsa, orda saxlayın” dedim. Əksər sərnişinlər sanki onları təhqir edirmişəmmiş kimi sürücünün tərəfini tutdular və “yaxşı edir” dedilər!!! Şokdaydım…

Eyni sürücü yolboyu etikadan kənar müxtəlif ifadələr işlədərək, özlüyündə sərnişinlərinin “könlünü oxşadığını” düşünür və hətta ucadan mahnı oxumaqdan belə çəkinmirdi. Sərnişinlərimiz isə, heç deyiləsi deyil… Sürücünün bu hərəkətlərinə etiraz etmək əvəzinə, bəzi sərnişinlər onun hərəkətlərinə qarşılıq verirdilər… Təəssüf ki, bu vəziyyət hər gün davam edir…

261 nömrəli marşrutun həmin sürücüsünü yəqin ki, o marşrutdan davamlı istifadə edən sərnişinlər yaxşı tanıyır.

Düşünürəm ki, bizim insanlarımız mövcud problemlərin həllini özləri beyinlərində həll etməyincə, heç nə düzələn deyil!!! Dəyişikliklər şüurlarda başlayır!!! Həyatınızı dəyişmək istəyirsinizsə, düşüncələrinizi dəyişin!!!

SEÇİLMİŞLƏR

  • Mənim bu şəhərdə kimim var axı? Hər qapı döyməyə üzüm gəlməyir Üzümü taleyə tutub gedirəm Tale də həmişə üzə gülməyir. Ayağım altında tanış şəkillər Önümdə açılan mənzərə bozdur Çoxdan köhnəlibdir əynimdəkilər Nə qədər çırpsam da yenə də tozdur. (davamı...)
Xoş gördük, dəyərli internet istifadəçiləri! Vaxtınızı ayırıb mənim blogumu ziyarət etdiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Ümidvaram ki, blogda rast gəldiyiniz yazılar ürəyinizcə olacaq. Hər birinizə hörmət və ehtiramla Mayis Musayev

TVİTLƏRİM

ZİYARƏTÇİLƏR – 06/03/09

free counters

UNUTMAQ OLMAZ!!!

Xankəndi --------- 26 dekabr 1991;
Xocalı ------------- 26 fevral 1992;
Şuşa --------------- 8 may 1992;
Laçın -------------- 17 may 1992;
Xocavənd -------- 2 oktyabr 1992;
Kəlbəcər --------- 2 aprel 1993;
Ağdərə ---------- 7 iyul 1993;
Ağdam ---------- 23 iyul 1993;
Cəbrayıl --------- 23 avqust 1993;
Füzuli ----------- 23 avqust 1993;
Qubadlı --------- 31 avqust 1993;
Zəngilan -------- 29 oktyabr 1993;

SAYĞAC

  • 2,819

SƏHİFƏ REYTİNQİ

Follow

Get every new post delivered to your Inbox.